Mahir Emrelinin komandası uduzdu

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də oynadığı “Legiya” Polşa çempionatında növbəti matçına çıxıb.

Newsport.az-ın məlumatına görə, Varşava təmsilçisi 7-ci turda səfərdə “Slask Vroslav”la üz-üzə gəlib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.

Mahir matçın 46-cı dəqiqəsində meydana daxil olub.

Qeyd edək ki, “Legiya” turnir cədvəlində 6 xalla 15-ci pillədədir. "Legiya" rəqibləri ilə müqayisədə 2 oyun az keçirib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right