İngiltərənin "Çelsi" klubunun heyətində ciddi itki baş verib.
Newsport.az-ın məlumatına görə, London təmsilçisinin yarımmüdafiəçisi Kristian Pulişiç sıradan çıxıb. 23 yaşlı futbolçu ABŞ millisinin düşərgəsində zədələnib.
“Zadəganlar”ın baş məşqçisi Tomas Tuxel Premyer Liqanın 4-cü turunun “Aston Villa” ilə matçından əvvəl baş tutan mətbuat konfransında yarımmüdafiəçinin azı 10 gün sonra məşqlərə başlayacağını bildirib.