İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı məşqçisi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, ötən ayın ən yaxşısı “Tottenhem”i çalışdıran Nuno Espirito Santo seçilib.
Portuqaliyalı mütəxəssisin çalışdırdığı kollektiv ötən ay keçirdiyi hər üç oyundan qalib ayrılıb. London təmsilçisi bu oyunlarda qapısından da top buraxmayıb və 9 xalla vahid liderdir.
Ötən ayın ən yaxşı oyunçusu isə “Vest Hem”in hücumçusu Maykl Antonio seçilib.