DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – Portuqaliya oyunu öncəsi mətbuat konfransında pireneylilərin baş məşqçisi Fernandu Santuş fikirlərini bildirdi.
Newsport.az-ın məlumatına görə, o, bunları söylədi:
“Azərbaycan çox yaxşı müdafiə oluna bilir. Ancaq tək bu deyil. Bəzın onlar topla da yaxşı davranır, hücumlar edirlər. Biz intensiv oynamalı və kreavitlik nümayiş etməliyik. Bəzi oyunlarda Azərbaycan yığması böyük qüvvə ilə topun gerisinə keçirdi. Ancaq digər matçbəzi görüşlərdə fərqli çıxış ediblər. Hər iki hala hazırıq.
Ayrı-ayrılıqda rəqibin bütün futbolçularnı analiz etməmişik. Azərbaycan millisinin baş məşqçisi var, o, uğurlu keçmişə malikdi. Sabah da Azərbaycan yığması komanda olaraq yaxşı mübarizə aparacaq. Oyundan gözləntimiz budu”.