Türklər Namiqin Dublindəki göstəricilərindən yazdı

"Bursaspor"da çıxış edən Namiq Ələsgərovun Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində İrlandiya ilə səfər matçındakı (1:1) göstəriciləri açıqlanıb. 

Newsport.az-ın məlumatına görə, "Bursaspordabugün" portalı Namiqin 71 dəqiqə meydanda qaldığını, bu müddətdə topa 22 dəfə toğunduğunu vurğulayıb.

O, 11 ikili mübarizədən qalib ayrılıb və qapıya 2 zərbə endirib. 6 dəfə top itirən Ələsgərova qarşı 4 qayda pozuntusu baş verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right