İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Andorra (4:0) ilə matçdan sonra danışıb.
Newsport.az-ın məlumatına görə, ingilis mütəxəssis Buyako Saka barəsində bunları deyib: “Sakanı oyundan əvvəl və oyunun gedişində əla qarşıladılar.
Onun komandada bu qədər populyar olması əladı. Uzun müddətdir ki, birlikdə olmayan oyunçulardan kimisə seçmə çətindi. Səbrli olub, top saxlamalı idik. Andorraya 4:0 qalib gəlsək də, asan matç deyildi”.