“Azərbaycana qarşı bu cür oyunla yenidən geriyə getdik”

“İrlandiya yığması qələbə üçün artıq bir yol tapa bilmir”.

Newsport.az-ın məlumatına görə, bunu İrlandiya yığmasının sabiq futbolçusu Riçard Dann DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə keçirilən oyunu dəyərləndirərkən deyib.

42 yaşlı mütəxəssis 1:1 hesabı ilə nəticələnən görüşə yaxşı başlasalar da, bunun davamını gətirə bilmədiklərini bildirib:

“Oyuna olduqca yaxşı başladıq, amma enerjimiz azaldı. İrəlidə oynadığın zaman həyəcanlı alınır. Sadəcə, qol vurmaq problemi aşkar görünür.

Bəlkə də, bu səbəbdən oyunçular inamlarını itirdilər. Azərbaycan yığmasının irəliləməsinə imkan verdilər və rəqib də məqsədinə çatdı”.

Karyerası ərzində “Everton”, “Mançester Siti”, “Aston Villa” və “Kuinz Park Renceys”də çıxış etmiş keçmiş mərkəz müdafiəçisi İrlandiya futbolunun gerilədiyi qənaətindədir:

“İnsanlar Portuqaliyadakı performansı irəliləyiş kimi göstərəcəklər. Ancaq Azərbaycana qarşı bu cür oyunla İrlandiya millisi yenidən geriyə getdi.

Deyə bilərlər ki, gözəl futbol oynayırıq, amma bu o qədər də yaxşı deyil. Masaya xal qoymağa başlamalıyıq. Əgər inkişaf etmək və irəli getmək istəyirsənsə, bu nəticələri qəbul edə bilməzsən”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right