İrlandiya millisinin baş məşqçisi Stiven Kenni DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla keçirdikləri matçdan (1:1) sonra təşkil olunan mətbuat konfransında oyun haqqında fikirlərini bölüşüb.
Newsport.az-ın məlumatına görə, 50 yaşlı mütəxəssis deyib:
"2:1 hesabı ilə qalib gəlsəydik, indi fərqli söhbət edirdik. Qələbə qazana bilmədiyimiz üçün özümüzü təpikləyirik. Çoxlu qol epizodları yaratdıq. 3:1 və ya 4:1 hesablı qələbəyə layiq idik".
Kenni millimizin üzvü Emin Mahmudovun ilk hissədə vurduğu qol barədə də danışıb:
"Mahmudov cərimə meydançasının kənarından baxımlı qola imza atdı. Onun bu cür zərbələri necə yerinə yetirdiyini daha əvvəl görmüşük. Futbolçunun önünü bağlamalı idik, sadəcə, edə bilmədik. Bu, öldürücü zərbə idi".