DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin yer aldığı A qrupunda daha bir oyun keçirilib.
Newsport.az-ın məlumatına görə, V tur çərçivəsində Serbiya ilə Lüksemburq üz-üzə gəlib.
Üç gün əvvəl öz meydanında yığmamızı 2:1 hesabı ilə məğlub edən lüksemburqlular eyni uğuru Belqradda təkrarlaya bilməyib.
Serblər Aleksandar Mitroviçin birinci hissədə (22 və 35-ci dəqiqələrdə) dublu sayəsində önə keçib. 77-ci dəqiqədə Olivye Til lüksemburqluları ümidləndirsə də, ev sahibləri daha iki dəfə fərqlənib.
Əvvəlcə 82-ci dəqiqədə Maksim Şanot avtoqola imza atıb. 90+6-cı dəqiqədə isə Nikola Milenkoviç son nöqtəni qoyub.
Nəticədə 4:1 hesablı qələbə qazanan Serbiya 10 xala malik Portuqaliya ilə xallarının sayını bərabərləşdirib və turnir cədvəlində liderliyə yüksəlib.
Sentyabrın 7-də Serbiya seçmə mərhələ matçında İrlandiyanın qonağı olacaqsa, Lüksemburq Qətərlə yoldaşlıq görüşündə qarşılaşacaq.
A qrupu
Serbiya - Lüksemburq - 4:1
Qollar: Mitroviç, 22, 35, Şanot, 81 (öz qapısına), Milenkoviç, 90+6 - Oliver Till, 77