İngiltərə millisinin üzvü Ceydon Sanço yığmanın heyətindən çıxarılıb.
Newsport.az-ın məlumatına görə, bu barədə İngiltərə Futbol Federasiyası məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi məşqdə zədələnib. Bu səbəbdən O, DÇ-2022-nin seçmə mərhələsində Andorra və Polşa ilə matçlarda oynaya bilməyəcək.
Qeyd edək ki, İngiltərə Andorra ilə sabah, Polşa ilə isə sentyabrın 8-i qarşılaşacaq.