"Onlar Azərbaycanla oyunadək hazır olacaqlar" - Fernando Santos

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqibi Portuqaliya yığmasının baş məşqçisi Fernando Santos yığmamıza qarşı keçiriləcək oyundan öncə zədəli futbolçularının durumundan danışıb.
 

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bunları söyləyib:
 
“Juan Palinya və Pepe Qətərlə yoxlama matçında iştirak etməyəcək. İrlandiya oyunda xəsarət alan bu iki oyunçunun zədəsi elə də ciddi deyil. Həkimlər heyəti onların 2-3 günə tam hazır olacağını söyləyib. Hər ikisi Azərbaycanla matçadək bərpa olunacaq".
 
Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya oyununa saat 20:00-da start götürəcək.
 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right