Millinin rəqibinin heyətində dəyişiklik

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqibi İrlandiya millisi yığmamızla oyun üçün heyətində dəyişiklik edib. 

Newsport.az-ın məlumatına görəhücumçu Kallum Robinson, yarımmüdafiəçi Alan Braun və Liam Skeylzi heyətə daxil edib. Onlar zədə səbəbindən yığmadan kənar düşən Dara O Şi və Natan Kollinzi əvəzləyiblər.

Sabah Dublindəki "Aviva" stadionunda keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right