“Neftçi”nin sabiq prezidenti Orxan Hüseynzadə beynəlxalq təyinat alıb.
Newsport.az-ın məlumatına görə, o, DÇ-2022-nin seçmə mərhələsinin E qrupunda keçiriləcək Belarus - Uels matçında UEFA nümayəndəsi olacaq.
Sentyabrın 5-də Rusiyanın Kazan şəhərində oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.