"Çukur"un məşhur aktyoru futbol klubuna transfer oldu FOTOLAR

"Çukur" serialının məşhur aktyoru Erkan Kolçak Köstendil gənclik xəyalını gerçəkləşdirib.

Newsport.az-ın məlumatına görə, hər zaman qapıçı olmaq arzusu ilə yaşayan aktyor futbol klubuna transfer olub. 38 yaşlı sənətçi Niderlandın həvəskar liqasında mübarizə aparan "Amsterdam Gənclərbirliyi"a keçib.

O, artıq yeni klubu ilə məşqə də çıxıb. İnstaqram hesabından şəkillər paylaşan Köstendil, "Yeni komanda, yeni ev və yeni ailə" başlığını yazıb.

Tanınmış sənətçi bu il onu cəlb edən film layihəsi olmasa, mövsümü "Amsterdan Gənclərbirliyi"də tamamlayacaq.

Qeyd edək ki, Erkan Kolçak Köstendil yeniyetmə vaxtlarında "Bursaspor"un aşağı yaş qrupu üzrə komandalarında qapıçı kimi çıxış edib,

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right