"Arsenal"ın kapitanı Qranit Caka koronavirusa yoluxub.
Newsport.az-ın məlumatına görə, İsveçrə milli komandasının düşərgəsində olan 29 yaşlı yarımmüdafiəçinin COVİD-19 testi pozitiv çıxıb. Təcrübəli futbolçu karantinə alınıb.
Qeyd edək ki, Qranit Caka koronavirus əleyhinə vaksin vurdurmaqdan imtina etmişdi.