Ronaldo rəqib futbolçuya şillə vurdu

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsində İrlandiyaya qarşı matçda (2:1) rəqib futbolçu Daru Oşinin üzünə şillə vurub.

Newsport.az-ın məlumatına görə, bu, 15-ci dəqiqədə İrlandiyanın qapısına penalti təyin olunan zaman baş verib. Belə ki, 36 yaşlı hücumçu topu penalti nöqtəsinə gətirdiyi vaxt Oşi topa toxunaraq onu hərəkət etdirib. Bundan sonra duyğularına hakim ola bilməyən Ronaldo rəqibinə üzünə əli ilə zərbə vurub. Görüşün baş hakimi oyunçulara qarşı heç bir sanksiya tətbiq etməyib.

Ronaldo isə dubl etdiyi oyunda penaltini düzgün yerinə yetirə bilməyib.


 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right