APOEL-in yarımmüdafiəçisi "Qəbələ"də

“Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Newsport.az-ın məlumatına görə, "qırmızı-qaralar" Omar Hanini transfer edib. 22 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Haninin son klubu APOEL olub (2019-2021). Lakin o, geridə qalan mövsümü icarə əsasında "Olimpiakos"da keçirib.

Əlavə edək ki, iordaniyalı oyunçu ölkəsinin əsas millisində 1 matç da keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right