Portuqaliya millisinin futbolçusu Qonsalu İnasio DÇ-2020-nin seçmə mərhələsinin sentyabrda keçiriləcək oyunlarını buraxacaq.
Newsport.az-ın məlumatına görə, buna səbəb onun zədələnməsidir. "Sportinq"in 20 yaşlı müdafiəçisinin adı heyətdən çıxarılıb.
Qeyd edək ki, Portuqaliya sentyabrın 1-də İrlandiyanı qəbul edəcək, sentyabrın 7-i isə səfərdə Azərbaycanla qarşılaşacaq.