"Mançester Siti"də 6 illik müqavilə FOTO

İngiltərənin "Mançester Siti" klubunda yeni müqavilə qeydə alınıb.

Newsport.az-ın məlumatına görə, "şəhərlilər" portuqaliyalı futbolçu Ruben Diasla olan sözləşmənin müddətini uzadıb. Yeni müqaviləyə əsasən 24 yaşlı mərkəz müdafiəçisi 2027-ci ilin yayına kimi son İngiltərə çempionunun şərəfini qoruyacaq.

Qeyd edək ki, Ruben Dias "Mançester Siti"yə 2020-ci ilin sentyabr ayında "Benfika"dan 68 milyon avroya transfer olunub. Portuqaliya millisinin üzvü son mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 50 oyunda 1 qol vurub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right