Mahirin qolu sayılmadı, "Legiya" məğlub oldu

Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün Polşa Ekstraklasasında növbəti matçına çıxıb.

 

Newsport.az xəbər verir ki, Varşava təmsilçisi "Visla Krakov"la üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.

 

Mahir 46-cı dəqiqədə meydana daxil olub. 24 yaşlı hücumçu bu görüşdə fərqlənsə də, onun qolu qeydə alınmayıb.

 

"Legiya" turnir cədvəlində 6 xalla 14-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right