Hazırda karyerasını ölkə xaricində davam etdirən azərbaycanlı futbolçular Mahir Emreli, Namiq Ələsgərov və Vüsal İsgəndərli ilə yanaşı Araz Abdullayev də var.
Newsport.az-ın məlumatına görə, Kiprin “Etnikos Axna" klubunda çıxış edən Abdullayev çempionatın 1-ci turunda “Apollon”a (Limassol) 2:4 hesablı məğlubiyyətin iştirakçısı oldu. Matça start heyətində çıxan Abdullayev 73-cü dəqiqədə Konstantinos İlia ilə əvəzlənib.
Komandanın idman direktoru Yiannos Demostenus Araz Abdullayevin transferi və performansı haqda saytımıza açıqlama verib. Kiprli futbol adamı Abdullayev haqda xoş fikirlər səsləndirib:
“Araz Abdullayev çox yaxşı durumdadı. Çempionatın 1-ci turunda da meydana çıxmışdı. Araz “Etnikos” üçün çox vacib futbolçudu. Ondan gözləntimiz nədir? Arazın bizə bu mövsüm kömək edəcəyini gözləyirik. Ona etimad göstəririk, komanda üçün vacib futbolçudu”.