"Düzgün danışa və hisslərimi sözlə ifadə edə bilmirəm. Çox emosional qarşılaşma alındı. Daha əvvəl Çempionlar Liqası və Avropa Liqasında oynamışam, amma bu, xüsusi bir şeydir".
Newsport.az xəbər verir ki, bu fikirləri "Legiya"da çıxış edən Mahir Emreli evdə "Slaviya"nı (Praqa) 2:1 hesabı ilə məğlub etdikləri Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra deyib.
Varşava təmsilçisinin hər iki qoluna imza 24 yaşlı hücumçu görüş ərzində əllərinə düşən şanslardan yararlandıqlarını bildirib:
"Özümü əsas qəhrəman kimi hiss edirəmmi? Xeyr. Futbol kollektiv oyunudur. Komanda şəklində mübarizə apardıq və qrupa yüksəldiyimiz üçün xoşbəxtik. Bir-birimizə dəstək olmasaydıq, bu qolları vura bilməzdim".
Emreli çətin rəqiblərlə oynamağa öyrəşdiklərini sözlərinə əlavə edib: "Ən yaxşı komandalarla oynamaq istəyirik. Çoxlu təcrübə toplayırıq. Amma kiminlə oynayacağımızı heç vaxt düşünmürəm. Bu, elə də vacib deyil".