Ukrayna millisinin sabiq baş məşqçisi Andrey Şevçenko mükafatlandırılıb.
Newsport.az-ın məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski 45 yaşlı mütəxəssisə ölkənin beynəlxalq nüfuzunun qaldırılmasına görə verilən 5-ci dərəcəli “Yaroslav Mudrı” ordenini təqdim edib.
Şevçenko 2016-2021-ci illərdə yığmada baş məşqçilik edib. O, avqustun əvvəlində millidəki işindən ayrılıb.
Şevçenkonu bu postda Aleksandr Petrakov əvəzləyib.