Hakim səhvən oyunu dayandırdı

Danimarkada yerli iki komanda arasında oyun zamanı matçın hakimi səhvən fit çalıb və hücumu dayandırıb.

Newsport.az-ın məlumatına görə, "Vendsissel FF" - "Frederisia" oyununun hakimi Nils Heer səhvən fit çaldığına görə çox peşman olub və meydanda diz çökərək oyunçulardan üzr istəyib. Belə ki, hakim oyunu dayandırmaqla potensial qolun qarşısını da alıb. 

Oyunçular isə öz növbəsində hakimin bu səhvini anlayışla qarşılayıb.

Qeyd edək ki, qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

 

 
 
 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right