Polşa Ekstraklasasında 4-cü turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının üzvü Anton Krivotsyukun şərəfini qoruduğu "Visla" səfərdə "Piast"ın qonağıdı. Plok təmsilçisinin bu oyun üçün heyəti açıqlanıb. Krivotsyuk qarşılaşmaya start heyətində başlayacaq.
Qeyd edək ki, "Visla" 3 turdan sonra 3 xalla turnir cədvəlinin 14-cü pilləsindədi.
Xatırladaq ki, millimizin digər üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" Polşa çempionatının 4-cü turunda sabah "Varta Poznan"la qarşılaşacaq.
