Namiq Ələsgərov tibbi müayinədən keçdi

"Neftçi"nin futbolçusu Namiq Ələsgərov "Bursaspor"a transferi tamamlanıb.

Newsport.az-ın məlumatına görə, 25 yaşlı futbolçu ötən gün Bursaya gedib və tibbi müayinədən keçib. Onunla 2+1 illik razılıq əldə edilib. Transferin gün ərzində açıqlanacağı gözlənilir.

Namiqin TFF I Liqanın ilk turunda "Adanaspor"a qarşı matçda oynaya biləcək formada olduğu bildirilir.

Ələsgərov 2017-ci ildən "Neftçi"də çıxış edirdi. O, ötən mövsüm 19 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right