Gürcüstanda futbol yarışları dayandırılır.
Newsport.az-ın məlumatına görə, bu barədə Gürcüstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Ölkədə koronavirusa yoluxanların sayının getdikcə artması federasiyanın bu qərarı verməsinə səbəb olub. Avqustun 14-dən federasiyanın bayrağı altında keçirilən bütün futbol yarışları dayandırılacaq.
Sentyabrın 4-də isə çempionatların bərpa olunması nəzərdə tutulub.