Ötən mövsümü Yunanıstanın "Atromitos" klubunda keçirmiş Əmir Ağayevin yenidən Azərbaycan Premyer Liqasında çıxış edə biləcəyi barədə xəbər vermişdik.
Newsport.az-ın məlumatına görə saytının məlumatına görə, yarımmüdafiəçinin xidmətində maraqlı olan Azərbaycan klubları az deyil. Həmin klublardan biri "Neftçi"di. "Ağ-qaralar" milli komandamıza namizəd sayılan futbolçunu heyətinə qatmağı planlaşdırır.
“Neftçi” ilə yanaşı Premyer Liqanın daha 2 klubu Ağayevin xidmətində maraqlıdı. Futbolçunun özü də əməkdaşımızla söhbətində ölkəmizə qayıtmaq ehtimalının olduğunu inkar etməyib.