"Neftçi" ilə oyuna daha çox azarkeşin gələcəyinə ümid edirik"

HİK-in müdafiəçisi Miro Tenho Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Neftçi” ilə cavab qarşılaşması barədə danışıb.

Newsport.az-ın məlumatına görə, finlandiyalı futbolçu “Neftçi” ilə oyun haqda bunları danışıb: “Neftçi”nin həqiqətən də yaxşı heyəti var.

Xüsusən də hücum xəttindəki uğurlu gedişləri qeyd edərdim. Onlara çox zona verəsi olsan, sıfırdan təhlükə yaradırlar. Bakıda dominantlıq edən tərəf idik. “Neftçi” müdafiəsi üçün çətinlik yarada bilmişdik. “Malmö” ilə görüşdə də yerli publikanın dəstəyinin nə qədər önəmli olduğunu gördük.

Azarkeş dəstəyi ev komandasına böyük motivasiya verir, rəqibi təzyiqdə saxlayır. “Neftçi” ilə oyuna daha çox azarkeşin gələcəyinə və daima yadımızda qalacaq atmosfer yaradacaqlarına ümid edirik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right