Portuqaliya çempionatında 2021/22 mövsümünə start verilib.
Newsport.az-ın məlumatına görə, azərbaycanlı hücumçu Renat Dadaşovun formasını geyindiyi "Tondela” yeni mövsümdə ilk matçında "Santa Klara” ilə qarşılaşıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsilə başa çatıb – 1:0.
Renat da bu oyunda iştirak edib, O, 87-ci dəqiqədə meydana çıxıb. Bu, Dadaşovun yeni komandasında rəsmi debütü olub.