“Neftçi”nin Avropa Liqasının 3-cü mərhələsindəki rəqibi HİK klubu heyətini yeni futbolçu ilə gücləndirib.
News.az xəbər verir ki, Finlandiya təmsilçisi Polşanın “Poqon” klubundan Santeri Hostikkanı transfer edib. 23 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2022-ci ilin dekabrına qədər nəzərdə tutulub.
HİK "Olimpik"in (Donetsk) hücumçusu Taddeus Nkengi də transfer edib. Onunla 2022-ci ilin iyununa kimi müqavilə imzalanıb.
Qeyd edək ki, "Neftçi"nin HİK-lə Bakıda keçirdiyi oyun 2:2 hesablı bərabərliklə başa çatıb. Cavab oyunu avqustun 12-si Helsinkidə olacaq.