Qriqorçuk istefa verdi

Belarusun “Şaxtyor” (Soliqorsk) klubunun baş məşqçisi Roman Qriqorçuk istefa verib.

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ukraynalı mütəxəssis Konfrans Liqasının 2-ci təsnifat mərhələsində evdə Lüksemburq “Fola”sına uduzduqları (1:2) oyundan dərhal sonra qərarını klub rəhbərliyinə açıqlayıb. Onunla birlikdə köməkçiləri da komandadan ayrılıblar.

Qeyd edək ki, “Qəbələ”nin sabiq baş məşqçisi 2020-ci ilin sentyabrında Soliqorsk klubunu çalışdırırdı. "Şaxtyor" onun rəhbərliyi altında 2020-2021 mövsümündə ölkə çempionluğunu və superkuboku qazanıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah