İngiltərənin "Everton" klubu yeni qapıçı alıb.
Newsport.az-ın məlumatına görə, Liverpul təmsilçisi Çempionşipdə çıxış edən "Bornmut"un qapıçısı Asmir Beqoviçi transfer edib. Bosniya və Herseqovina millisinin üzvü ilə 2 illik razılıq əldə edilib.
34 yaşlı əlcək sahibinin keçidi tezliklə açıqlanacaq.
Təcrübəli qolkiper 2019-cu ilin sentyabrından dekabr ayına qədər "Qarabağ"da icarə əsasında çıxış etmişdi.