Newsport.az xəbər verir ki, yarımfinalda Kolumbiya və Argentina yığmaları qarşılaşıblar. Oyunun əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Penaltitlər seriyasında qalib olan Argentina finala adlayıb. "Tanqoçular" həlledici matçda Braziliya ilə qarşılaşacaq. Görüş iyulun 11-i Bakı vaxtı ilə 04:00-da baş tutacaq.