Niderland millisinin baş məşqçisi Frank de Bur istefa verib.
Newsport.az-ın məlumatına görə, bu barədə Niderland Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Yığma Avropa çempionatının 1/8 final mərhələsində Çexiyaya 0:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
De Burun müqavilə müddəti 2022-ci ilə qədərdi.