“Bavariya” ciddi itkiylə üzləşib.
Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisinin zədəli müdafiəçisi Yozua Kimmix əməliyyat olunub. 25 yaşlı futbolçu ən tez yanvarda yaşıl meydanlara qayıdacaq.
Qeyd edək ki, Kimmix Bundesliqanın 7-ci turunda “Borussiya” (Dortmund) ilə səfər matçında (3:2) zədələnmişdi.