Bundesliqa klubu yeni baş məşqçisini açıqladı

Almaniyanın "Hoffenhaym" klubunun yeni mövsüm üçün baş məşqçisi bəlli olub.

Newsport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisi "Ayaks"ın məşqçisi Alfred Şrederlə anlaşıb. Hollandiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 46 yaşlı çalışdırıcı yeni mövsümdən "Leyptsiq"in "sükanı arxası"na keçəcək Yulian Naqelsmannı əvəzləyəcək.

Qeyd edək ki, Şreder 2015-2018-ci illərdə də "Hoffenhaym"da köməkçi-məşqçi işləyib. Şreder 2018-ci ildən "Ayaks"ın çalışdırıcısı Erik ten Haqın köməkçisidir.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right