Qurbanov və Sadıqov "Qızıl top"da kimə səs verdi?

2014-cü ildə dünyanın ən yaxşı futbolçusu seçimində Azərbaycan təmsilçilərinin kimlərə səs verdiyi açıqlanıb.

Newsport.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi qismində səs verən Mahmud Qurbanov səslərini müvafiq ardıcıllıqla Aryen Robben (Hollandiya, "Bavariya"),  Anxel Di Mariya (Argentina, "Mançester Yunayted"), Kriştiano Ronaldoya (Portuqaliya,"Real") verib.

Milimizin kapitanı  Rəşad Sadıqov "Qızıl top"a Kriştianu Ronaldonu layiq görüb. O, ikinci yerdə Manuel Noyeri (Almaniya, "Bavariya"), üçüncü yerdə isə Aryen Robbeni göstərib.

Media işçisi kimi səs verən Rasim Mövsümzadə da Kriştianu Ronaldonu birinci, Filipp Lamı (Almaniya, "Bavariya") yerə layiq görüb. O, üçüncü yerdə isə Aryen Robbeni göstərib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right