"Mənim üçün böyük bir problemdi, nə baş verəcəyini bilmirəm"

Mövsümün sonunda "Bavariya" ilə müqaviləsi başa çatacaq Aryen Robben açıqlama verib.

Newsport.az-ın məlumatına görə, hollandiyalı yarımmüdafiəçi yekun qərar vermədiyini deyib:

"Mənim üçün böyük bir problemdir. Nə baş verəcəyini, gələcəkdə harda olacağımı bilmirəm. Belə olanda ağlınızda çox fikirlər dolaşır.

Təbii ki, fərqli seçimlərim var. Ancaq qərarımı verməmişəm. Karyeramın sonlarında futboldan həzz almaq istəyirəm. Vücudum davam edənə qədər oynamaq istəyirəm. Futbolda bir seçim etməlisən.

Aprel ayındakı oyunlara köklənmişəm. Çempionlar Liqası, ölkə kuboku və Bundesliqa matçlarımız var. Əslində, ağlımda bunlar olmalıdır. "Növbəti mövsüm harada olacağam?" barədə düşünməli deyiləm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right