Almaniyada baş məşqçi istefası

"Volfsburq" klubunda baş məşqçi istefası qerçəkləşib.  

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Martin Şmidt rəhbərliyə komandadan ayrılmaq istədiyini bildirib.  Klubun idarə heyəti isə öz növbəsində, qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib. Təcrübəli mütəxəssisin komandadan, son zamanlar göstərdiyi qeyri-stabil oyuna görə ayrıldığı bildirilir.

Qeyd edək ki, 50 yaşlı mütəxəssis 2017-ci ilin əvvəlindən "Volsburq"u çalışdırırdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right