“Bavariya” “Şalke”nin yarımmüdafiəçisi Leon Qoretska ilə anlaşıb.
Newsport.az xəbər verir ki, Qoretska mövsümün sonunda “Bavariya”ya keçəcək. Bu haqda məlumatı Almaniya mətbuatı yayıb. “Ağ-qırmızılar"ın Qoretskaya 12 milyon avro məvacib verəcəyi deyilir.
Qeyd edək ki, 22 yaşlı futbolçu ilə “Barselona”da maraqlanırdı.