Qriqorçuk və Bezotosnı Ukraynada "ən yaxşı" seçildi Fotolar

Ukraynanın "ua.football.com" saytı xarici çempionatlarda çıxış edən ukraynalı futbolçulardan ibarət rəmzi "11-lik" tərtib edib.

 

Newsport.az xəbər verir ki, həmin heyətdə Azərbaycanda çıxış edən ukraynalı futbolçul da yer alıb. Ukraynalı həmkarlarımız "Qəbələ"də çıxış edən Dmitri Bezotosnını ən yaxşı qapıçı kimi dəyərləndiriblər. Həmkarlarımız təcrübəli "çərçivə qoruyucusu" haqda bu sözləri qeyd ediblər:

 

undefined

 

"34 yaşlı qolkiper "Qəbələ"də üçüncü ilinə daxil olacaq. Ukrayna yığmasının məşqçiləri onu diqqətdən kənarda saxlayırlar. Bəli, çünki yığmanın əsas qapıçısı Denis Boyko 2 ildir ki, ehtiyat oyunçular skamiyasının daimi sakinidir, amma milliyə dəvət alır. Lakin Bezotosnı kənarda qalır. Onun yaxşı oyun təcrübəsi var. Hər il "Qəbələ"yə yeni qapıçılar dəvət olunur, lakin Dima çərçivəni heç kimə təhvil vermək niyyətində deyil".

 

Simvolik heyətdə yer alan digər futbolçular bunlardı: İqor Plastun ("Ludoqorets", Bolqarıstan), Dimitri Çiqrinski (AEK, Yunanıstan), Yevgeni Novak ("Vardar", Makedoniya), Vladimir Kosteviç ("Lex", Polşa), Taras Romançuk ("Yagelloniya", Polşa), Aleksandr Noyok, ("Dinamo", Minsk, Belarus), Ruslan Malinovskiy ("Genk", Belçika), Yevgeni Konoplyanka ("Şalke", Almaniya), Andrey Yarmolenko ("Borussiya" D, Almaniya) , Roman Zozulya ("Albasate", İspaniya). 

 

 

Rəmzi heyətin baş məşqçisi isə Roman Qriqorçuk seçilib. Həmkarlarımız "Qəbələ"nin baş məşqçisini seçmələrinin səbəbini belə açıqlayıblar:

 

undefined

 

"Qriqorçuk 3 illik fəaliyyətində Azərbaycan çempionatında gümüş və bürünc medalar qazanıb. "Qəbələ" cari mövsümdə də olduqca iddialıdır. Komanda "Qarabağ"la çempionluq uğrunda yarışır və kubku qazanmağa ən iddialı komandadı. Qriqorçuk dayanmır, əl-qolunu çırmalayıb kənarda durmur. O, işləyir və peşəkardır. "Qarabağ" ÇL-də yaxşı mübariz apardı. Amma 3 cəbhədə yarış Ağdam klubu üçün çətin olardı və bu səsəbdən kubokda dayandılar. Qriqorçukun əlində yaxşı kartlar var. Maraqlıdır ki, Qriqorçuk Azərbaycanda ilk titulunu qazana bilər. Amma Azərbaycan kubokuna başqa ukraynalı da qarmaq atmaq istəyir. Söhbət "Keşlə"nin baş məşqçisi Yuri Maksimovdan gedir. 2018-ci il Qriqorçuk üçün "Qəbələ"də son ola bilər və o yekuna kubokla vidalaşmaq istəyir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right