“Bavariya”nın yarımmüdafiəçisi Aryen Robben mövsümün sonunda karyerasını bitirə bilər.
Newsport.az xəbər verir ki, bu barədə hollandiyalı futbolçu ölkəsinin mətbuatında məlumat verib. Mövsümün sonunda Münhen klubu ilə müqavilə müddətinin bitəcəyini xatırladan 33 yaşlı futbolçu, həmin vaxt futbolla vidalaşma ehtimalı olduğunu deyib. “Hər şey mümkündü. Futboldan ayrıla bilərəm. Amerikaya gedə və ya “Bavariya”da da qala bilərəm. Heç bir variantı inkar etmirəm. Lakin hazırda bu barədə nə isə deyə bilmərəm”.
Qeyd edək ki, 33 yaşlı futbolçu 2009-cu ildən "Bavariya"da çıxış edir.