Almaniyanın “Ayntraxt” klubunun U-19 kollektivi gənclər arasında təşkil olunan Bundesliqanın cənub zonasında növbəti matçına çıxıb.
Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun və U-19 millimizin üzvü Murad Mahmudovun formasını geyindiyi Frankfurt təmsilçisi doğma meydanda “Mayns”la qarşılaşıb. İki qolun vurulduğu oyunda futbolçularımızın komandası xal itkisi ilə üzləşib - 1:1.
Futbolçularımız da bu matçın iştirakçısı olublar. Onların hər ikisi meydana start heyətdə çıxıb. Dadaşov sonadək oynayıbsa, Mahmudov 89-da əvəzlənib. Renat 72-ci dəqiqədə sari vərəqə ilə də cəzalanıb.
“Ayntraxt” hazırda 11 xalla 14 klub arasında 6-cı pillədə qərarlaşıb.