Eratlı "Duysburq"dan məğlubiyyət

Almaniya 2-ci Bundesliqasında 4-cü turun oyunları keçirilib. 

Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu "Duysburq" doğma meydanda "Darmştadt"la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Erat da bu qarşılaşmanın iştirakçısı olub. O, start heyətdə başladığı matçın sonunadək meydanda olub.

"Duysburq" geridə qalan turlarda topladığı 4 xalla 18 klub arasında 9-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right