"Bavariya"nın futbolçusu Frank Riberi daha iki həftə oynamayacaq.
Newsport.az -ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, yenidən dizindən problem yaşayan təcrübəli yarımmüdafiəçinin yaşıl meydanlara 15 günə qayıdacağı bildirilib.
Qeyd edək ki, F.Riberi son olaraq sentyabrın 13-ü "Ştuttqart"a qarşı görüşdə oynayıb.