Almaniya Regional Liqasında növbəti turun oyunları keçirilir.
Newsport.az-ın verdiyi məlumata görə, millimizin üzvü Rüfət Dadaşovun formasını geydiyi "Saarbrukken" klubu səfərdə "Ayntraxt"la üz-üzə gəlib.
Oyun qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. İlk "18-liy"də yer alan Dadaşova məşqçilər korpusu şans verməyib. Belədə, o, görüşü sonadək ehtiyatda izləməli olub.