Avstriya yığmasının heyəti və Bakıya gələcəyi tarix açıqlandı

17 yaşadək futbolçulardan ibarət Avstriya yığmasının ilkin heyəti açıqlanıb.
Newsport.az-ın məlumatına görə, mayın 5-dən 21-dək paytaxtımızda baş tutacaq Avropa çempionatında iştirak edəcək avstriyalılar təlim-məşq toplanışı üçün 20 oyunçuya dəvət göndəriblər.
 
Heyətin əsası yerli klublarda çıxış edən oyunçulardan qurulub. Yalnız 3 futbolçu Almaniyada legioner həyatı yaşayır. Baş məşqçi Andreas Heraf mayın 2-nə qədər 2 nəfəri sıyahıdan çıxaracaq və həmin gün komanda 18 nəfərlik futbolçu heyəti ilə Bakıya gələcək. Avstriyalıların turnirdə kapitanı Valentino Müller olacaq. Məşqçilər korpusunun ən çox güvəndiyi oyunçu isə istedadı ilə digərlərindən fərqlənən 16 yaşlı Romano Şmiddi.
 
Avstriya yığmasının heyəti:
Qapıçılar: Semir Karaliç (“Admira”), Benjamin Ozeqoviç (“Austriya”)
Müdafiəçilər: Aleksandar Borkoviç (“Austriya”), Aleksander Burqstaller, Luka Meysl (hər ikisi “Red Bull Zalsburq”), Lukas Maliçsek (“Admira”), Kristian Müller (“Sent-Pölten”), Leonardo Zottele (“Nürnberq”, Almaniya)
Yarımmüdafiəçilər: Kristof Baumqartner (“Sent-Pölten”), Dario Maresiç (“Şturm”), Valentino Müller (“Altax”), Dominik Stumberger (“Red Bull Zalsburq”), Yorq Vaqnes (“Stermark-Şturm”)
Hücumçular: Kelvin Arase (“Rapid”), Dominik Fits (“Austriya”), Maurise Matiys (“Münhen 1860”, Almaniya), Nikolas Meyster (“Red Bull Zalsburq”), Antoni Şmid (“Frayburq”, Almaniya), Romano Şmid (“Şturm”), Filipp Sittsam (“Stermark-Şturm”).
 
Qeyd edək ki, Avstriya yığması Avropa çempionatında Bosniya və Herseqovina, Ukrayna, Almaniya milliləri ilə bir qrupda yer alıb. Heraf yetirmələrini müvafiq olaraq mayın 5-də, 8-də və 11-də meydana çıxaracaq. (apasport.az)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right