"Beşiktaş" "Nyukasl"da çıxış edən Co Uilloku transfer etmək istəyir.
Newsport.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
İstanbul nəhəngi ingiltərəli yarımmüdafiəçisi ilə 4 illik müqavilənin şərtlərini razılaşdırıb. "Beşiktaş" 27 yaşlı futbolçu üçün Premyer Liqa klubuna 20 milyon avroluq təklif göndərib. İngilislərin yaxın saatlarda təklifə cavab verəcəyi bildirilir.
Qeyd edək ki, "Nyukasl" Co Uilloku 2021-ci ilin fevralında "Arsenal"dan transfer edib. Təcrübəli oyunçu bu müddət ərzində "sağsağanlar"ın heyətində meydana çıxdığı 182 rəsmi matçda 19 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.