“Tottenhem” rəhbərliyi sözünün üstündə durdu”

“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi klub rəhbərliyinin transfer bazarındakı fəaliyyətini yüksək qiymətləndirib.

Newsport.az “Football London”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis, ötən mövsümdə Premyer Liqadan düşməyə yaxın olan London klubunda ciddi yenidənqurmanın vacibliyini vurğulayıb:

“Rəhbərlik sözünün üstündə durdu və vəd etdiklərini həyata keçirdi. Ancaq bütün bunlar yalnız bir məşqçi üçün deyil, klub və azarkeşlər üçün edilir. İki uğursuz ildən sonra çox şeyi dəyişməliyik, komandaya çevrilməliyik. Düşünürəm ki, bunun üçün hər şeyə sahibik”.

“Tottenhem” ötən mövsüm İngiltərə çempionatında 38 oyunda 41 xal toplayaraq, turnir cədvəlində 17-ci pillədə qərarlaşmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right